Qripə yoluxanların nəzərinə: Bunu etsəniz, ölə bilərsiniz

saytların hazırlanması

Evə çatdırılma

Qripə yoluxanların nəzərinə: Bunu etsəniz, ölə bilərsiniz

Sosial

31 Yanvar 2023 08:54 982


“Qrip zamanı yanlış müalicə və vaxtında həkimə müraciət edilməməsi nəticəsində yaranan hər hansı fəsad ölümlə nəticələnə bilər”. 

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın “INVITRO” Ural klinikasının terapevti Marina Konstantinova xəbərdarlıq edib. 

Onun sözlərinə görə, bu fəsadlara ağır tənəffüs çatışmazlığı, ümumiləşdirilmiş viral infeksiya (patogenlərin bütün orqanizmə yayılması), bakterial infeksiyanın da qoşulması və ya xroniki xəstəliklərin kəskinləşməsi daxildir.  Marqarita pizza

Həkim qeyd edib ki, qripdə yataq rejiminə riayət olunmazsa, iki-üç həftə sonra infarkt baş verə bilər. 

“Böyük fiziki fəaliyyətlə virus sürətlə qanda yayılır və qan damarlarının divarlarının iltihabına, bəzən isə ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bu, qanın laxtalanmasında dəyişikliyə səbəb olur. Virus insult və infarktın inkişafına kömək edir”, - deyə M.Konstatinova izah edib./Oxu.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!