Qubada yanğınsöndürən maşın çayda batıb qaldı, ev yandı

Qubada yanğınsöndürən maşın çayda batıb qaldı, ev yandı
Sent 15, 2019 18:01
Oxunma sayı: 114

Qubada yanğını söndürməyə gedən yanğınsöndürən avtomobil çayda batıb. 

"Yeni Sabah" xəbər verir ki, rayonun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib. Kənd sakini Həbib Məmmədova məxsus səkili 1 mərtəbəli yaşayış evində baş verən yanğın səbəbindən Quba Yanğından Mühafizə Xidmətinin qaynar xəttinə zəng edilib. Yanğını söndürməyə gedən yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. 

Yanan ev kənd sakinləri tərəfindən söndürülüb. Yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçən hissədəndir. Ekstrimal hallar zamanı bu yoldan istifadə əlverişli olsa da, Zərqova kəndi istiqamətindən çəkilən asfalt örtüklü yoldan istifadəyə məsləhəti verilib.

 

Yenisabah.az