Ramazanın 22-ci gününün duası  - İmsak və iftar vaxtı
15 May 2020 22:24
407

Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 22-ci günüdür.

Yenisabah.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 16-da Bakıda imsak saat 03:37, iftar isə saat 20:06-dadır.

Ramazan ayının 22-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin".

Tərcüməsi:

"İlahi, bu ayda fəzilət qapılarını üzümə aç, mənə Öz bərəkətlərini nazil et, məni bu ayda Sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcab edən Allah!"

Allah orucunuzu qəbul etsin!

Oxşar xəbərlər