Ramiz Mehdiyevin bankı birinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin bankı birinci oldu

İqtisadiyyat

14 Dekabr 2025 11:45 28543


Noyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 5,11 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə "YeloBank" ASC olub. Bank 2,88 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, siyahının sarı zolağında "AFB Bank" ASC 1,89 şikayət indeksi ilə, "YapıKredi Bank Azərbaycan" QSC isə 1,72 şikayət indeksi ilə yer alıb. pizza hut

Qeyd edək ki, bu ilin doqquz ayında "Bank BTB" ASC-nin zərəri 30% artıb. Maliyyə qurumu yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub.

"Bank BTB"-nin üç əsas səhmdarı var. Əsas payçı Nigar İsmayıl qızı Mehdiyevadır. N. Mehdiyeva bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malikdir. Bununla da nizamnamə kapitalında 76.7376% paya malikdir. 12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq İsmayıl oğlu Rzanın nizamnamə kapitalında payı 17.6823%, 3 987 ədəd adi adlı sənədsiz səhmə sahib Tükazban Mahmudovanın nizamnamə kapitalında payı 5.5801%-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İnsan
    Başlığa Ramiz mehdiyev yazmısınız, mətn hissəsində ramiz mehdiyevlə bağlı bir kəlmədə qeyd etməmisiniz. Sizin ki, bilirsiniz nəyə döndü? Toyuq bu gün yumurtlamayıb, Keçi hara baxırdı?
    5 months ago