Rayonlara gediş-gəlişin bərpası ilə bağlı Operativ Qərargahdan açıqlama
29 May 2020 19:34
5618

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı Operativ Qərargahdan açıqlama

Son günlərdə yoluxma səviyyəsinin artması rayonlara gediş-gəlişdə qadağanın aradan götürülməsinə şərait yaratmır.

“Yeni Sabah” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələlik bu qadağa qüvvədə qalmaqdadır: "Koronavirusa yoluxma halları artdığından bu qadağanın götürülməsi riski artırır. Ona görə də, hələ ki, sarı zonadan narıncı zonaya gediş-gəlişə qadağa aradan götürülməyib".

Oxşar xəbərlər