Rayonlara qar yağacaq - Sabahın havası 

saytların hazırlanması

Evə çatdırılma

Rayonlara qar yağacaq - Sabahın havası 

Sosial

26 Yanvar 2024 12:40 1053


Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.  pizza

Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. 

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!