"Redmi" şirkətindən rekord: bir gündə 300 min telefon satıldı

Sent 7, 2019 21:52
Oxunma sayı: 115

Bir neçə saat ərzində 300 000 smartfon satılıb. Bu birinci partiyanın bütün həcmidir. 

“Yeni Sabah” xəbər verir ki, bu gün Çində Redmi Note 8 Pro smartfonunun satışına start verilib. 64 Mp kamera ilə təchiz edilmiş bu modelin böyük tələbata malik olması elan edildiyi vaxt aydın olub, lakin ilk günün satışı inanılmaz olub - 300 000 ədəd! Beləliklə, Redmi Note 8 Pro, Honor 9X modelinin son rekordunu təkrarlayıb.

Qeyd edək ki, şirkətə anbar ehtiyatlarının həcmini artırmaq üçün bir qədər vaxt tələb olunur. Çində Redmi Note 8 Pro satışları yerli vaxtla 10.00-da davam edib.

Yenisabah.az