Rəfiyev: Azərbaycan 2027-ci ildə Qlobal Foruma ev sahibliyi etmək niyyətindədir

saytların hazırlanması

Evə çatdırılma

Rəfiyev: Azərbaycan 2027-ci ildə Qlobal Foruma ev sahibliyi etmək niyyətindədir

Siyasət

27 Sentyabr 2026 09:36 91


BMT Baş Assambleyasının 81-ci sessiyasının beşinci günündə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra yüksəksəviyyəli tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

"Yeni Sabah" xəbər verir ki, o, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Dostlar Qrupunun yüksəksəviyyəli iclasında Azərbaycanın Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumundakı aparıcı rolunu vurğulayıb.

Nazir müavini Azərbaycanın 2027-ci ildə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətində olduğunu bəyan edib. Toyuqlu pizza

O, Qüds məsələsi üzrə Ərəb-İslam ölkələrinin birgə nazirlər toplantısında beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, Əl-Qüds əş-Şərifin Fələstin Dövlətinin paytaxtı olduğu iki dövlətli həllə Azərbaycanın qəti dəstəyini bir daha ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!