Rəqsanə İsmayılova BakuTV-nin “Qapqara” verilişində pandemiya dövründə oğlunun dünyaya gəlişindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı 4 övladını itirdiyini, hazırda qucağında olan oğlu Məhəmməd Əlini isə Allahın ona mükafat olaraq bəxş etdiyini deyib:
“4 dəfə oğul dünyaya gətirmişəm. Dördü də tələf olub. İndiki oğlum Məhəmməd Əlini Allah mənə əməlimə görə verib. Ayın 28-i Moskvada elan olundu ki, hər yer bağlanır, pandemiyadır. Səhər saat 5-də yuxuda gördüm ki, qucağımda ağ paltarlı bir uşaq var və insanlara su paylayıram. Dördpendirli pizza
Restoranıma gəlib boşaltdım ki, 200 nəfərə yardım paylayım. Gələndə gördüm ki, 2 min adam yığılıb. Əvvəl qorxdum ki, bunun öhdəsindən necə gələcəyəm. Üstəlik, 60-a yaxın xəstə var idi. Ərimin kredit üçün ayırdığı pulu da ərzağa xərclədim.
Sonra Rusiyada toylarında oxuduğum imkanlı insanlardan qrup yaratdım. Səs yazısı göndərdim ki, hamınızın toyunda oxumuş, pulumu almışam, amma indi insanlara kömək lazımdır. Qorxudan telefona da baxmırdım. Amma hamısı kömək etdi.
Deputatlardan biri zəng edib dedi ki, bütün xəstələri xəstəxanaya yerləşdirəcəyəm. Gəncəli bir oğlan xahiş etdi ki, 4 uşaq anası olan ağır xəstəni xəstəxanaya çatdırım. Onu maskasız vəziyyətdə apardım. Qızdırması 41 idi. O vaxt xəbərim yox idi ki, özüm də hamiləyəm. Amma mənə heç nə olmadı.
Həmin dövrdə ölənləri belə aparmağa icazə vermirdilər. Mən isə 70-80-ə yaxın cənazənin xəstəxanaya çatdırılmasına kömək etdim. Bir müddət sonra gördüm ki, ürəyim bulanır, özümü narahat hiss edirəm. Xəstəxanaya getdim, bəlkə, mən də COVID-19-a yoluxmuşam. Həkim dedi ki, hamiləsən. Allah mənə mükafat verdi. Yuxuda qucağıma aldığım uşağı Allah mənə bəxş etdi”.
Aydan Hacı
Telegram kanalımız