Rəqsanə İsmayılova sosial şəbəkədə oğlu ilə birlikdə hovuz kənarında istirahət etdiyi anları izləyiciləri ilə bölüşüb.
"Yeni Sabah" xəbər verir ki, müğənni yay istisindən gileylənərək hovuz kənarında günəş vannası qəbul etdiyini bildirib:
"Bu gün oğlumla birlikdə istədim ki, bir balaca "zaqar" alam. Dəhşət isti var. Yayın dadını mən də çıxarım". pizza hut
Kadrlarda müğənni qırmızı çimərlik geyimində, oğlu isə hovuz kənarında oturarkən görüntülənib. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İzləyicilərin diqqətini ən çox Rəqsanənin xarici görünüşü cəlb edib. Onlar müğənninin qaşlarının həddindən artıq dartılmış göründüyünü qeyd edərək estetik müdaxilələr barədə müxtəlif rəylər yazıblar. Bundan başqa, sənətçinin uzun qaynaq dırnaqları və həcmli süni kirpikləri də geniş müzakirə olunub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız