Rəşid Mahmudov: Satınalma bəzən 9 aya qədər uzanır

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Mahmudov: Satınalma bəzən 9 aya qədər uzanır

Sosial

07 İyul 2026 14:07 77


Dövlət xəstəxanaları tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satın alınması prosesində problemlərlə qarşılaşır.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində yeni maliyyələşmə modeli formalaşıb. Bu modelin əsas fəlsəfəsi nəticəyə və performansa əsaslanan rəqabət mühitinin yaradılmasıdır. Xəstəxanalar göstərdikləri xidmətin keyfiyyətinə görə maliyyələşdirilir və daha yaxşı nəticələr əldə etmək üçün daha səmərəli idarə olunmalıdır. Dördpendirli pizza

"Praktikada dövlət satınalmaları mexanizmi bu məqsədlərə tam uyğun gəlmir. Bu gün dövlət tibb müəssisələrinin demək olar ki, hamısı eyni problemlə qarşılaşır. Satınalma prosesləri bəzən 3 ay müddətinə planlaşdırıldığı halda 6, 8, hətta 9 aya qədər uzanır. Nəticədə xəstəxanaların gündəlik fəaliyyəti çətinləşir, tibbi xidmətin fasiləsizliyi isə risk altına düşür.

Digər mühüm məsələ ondan ibarətdir ki, tibbi məhsullar və dərman vasitələri adi istehlak malları deyil. Onların keyfiyyəti yalnız sənədlərlə deyil, klinik nəticələrlə qiymətləndirilir. Bəzən uzunmüddətli satınalma prosedurlarından sonra alınmış məhsullar praktik istifadədə gözlənilən nəticəni vermir. Lakin mövcud mexanizmlər həmin məhsulların daha keyfiyyətli alternativlərlə çevik şəkildə əvəz olunmasına imkan yaratmır. Bu isə həkimlərin peşəkar seçim imkanlarını məhdudlaşdırır və nəticədə həm xəstələrin sağlamlığını, həm də dövlət vəsaitinin səmərəli istifadəsini risk altına qoyur.

Əslində isə icbari tibbi sığortanın mahiyyəti xəstəxanalara ən optimal qiymətə, ən yüksək keyfiyyətli məhsulu seçmək imkanı yaratmaq idi. Çünki səhiyyədə əsas rəqabət qiymət uğrunda deyil, müalicənin nəticəsi uğrundadır.

Hesab edirəm ki, tibbi məhsulların, dərman vasitələrinin və yüksək texnologiyalı tibbi avadanlıqların satınalma mexanizmlərinə ayrıca yanaşılmalıdır. Burada çeviklik, keyfiyyət, klinik effektivlik və xəstə təhlükəsizliyi meyarları daha geniş nəzərə alınmalıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!