Fransa futbolunun əfsanəvi siması Frank Riberi paraqvaylı senator Selesta Amarilyanın Kiyan Mbappe ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, 43 yaşlı sabiq futbolçu Paraqvay rəsmisinin irqçi bəyənatını kəskin pisləyib:
“Selesta Amarilyanın sözlərini eşidəndə dəhşətə gəldim. Milli komandasının iyrənc futbolundan utanmaq yerinə, o, Mbappeni təhqir etdi. Xanım Amarilya yəqin ki, Fransa cəmiyyətindən xəbərsizdir. Mbappe ən az bütün fransızlar qədər fransızdır. Mənim xanımım Əlcəzair əsillidir və müsəlmandır. Amma o da mənim qədər fransızdır. “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını qəbul edən və Fransa üçün çalışan hər bir vətəndaşımız mənşəyindən asılı olmayaraq fransızdır. Mbappe bu irqçi bəyənatların cavabını meydana ən yaxşı formada verəcək”. Pepperoni pizza
Xatırlatma: Paraqvay parlamentinin senatoru Selesta Amarilya DÇ-2026-nın 1/8 finalında Fransa və Paraqvay yığmaları arasında keçirilən oyundan sonra Kilian Mbappe barədə irqçi ifadələr işlədib. O, 27 yaşlı ulduza “özünü çarəsizcəsinə fransız kimi qələmə verməyə çalışan, müstəmləkələşmiş kamerunlu" adlandırıb.
Bundan sonra Paraqvay hökuməti senator Selesta Amarilyanın Fransa milli komandasının kapitanı Kilian Mbappe barədə səsləndirdiyi irqçi ifadələri pisləyib.
Nazim Hacıyev
Telegram kanalımız