Ruhi Əliyeva şəhid anaları üçün iftar süfrəsi açdı

saytların hazırlanması

Evə çatdırılma

Ruhi Əliyeva şəhid anaları üçün iftar süfrəsi açdı

Sosial

21 Aprel 2022 14:47 678


İş xanımı Ruhi Əliyeva evində şəhid anaları ilə bir araya gəlib.

Yenisabah.az xəbər verir ki, onlar üçün iftar süfrəsi açan iş xanımı süfrədəki təamları öz əli ilə hazırlayıb.

Şəhid anaları ilə yanaşı iftar süfrəsinə ilahiyyatçı Hacı Şahin Həsənli, millət vəkili Fazil Mustafa və Xalq artisti Fərqanə Qasımova da qatılıb. Dominos pizza

“Ramazan ayı sevincdir, müjdədir, mükafatdır, yaradanın bəndəsinə lütfüdür. Bu ayda o, öz sevgisindən, nurundan yer üzünə daha çox pay göndərir, deyirlər. Yaradan istər ki, hər kəs ruhunu, nəfsini tərbiyə eləsin, hər kəsin könlündə barış, mehribanlıq, paylaşmaq və şükranlıq hissləri olsun. Ələlxüsus, bu mübarək ayın iftarını Vətən torpaqlarının bütövlüyü üçün canını qurban edən oğulların yadigarları ilə birgə keçirmək bir onur, bir fəxarətdir. Bu gün bura təşrif buyuran şəhid anaları bizi, süfrəmizi  şərəfləndiriblər” – deyə Əliyeva qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!