“Rus diplomatların qovulması mənim qərarım deyil“ - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

“Rus diplomatların qovulması mənim qərarım deyil“ - Baş nazir

Dünya

30 İyun 2022 09:10 694


"70 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar şəxsən məndən gəlməyib, Dövlət Milli Təhlükəsizlik Agentliyinin (SANS) 3 hesabatına əsaslanıb".

Yenisabah.az BTA-ya istinadla xəbər verir ki, bunu Bolqarıstanın istefa verən baş naziri Kirill Petkov deyib.

Onun sözlərinə görə, hesabatlar may və iyun aylarına aiddir, məlumatların bir qismi isə mart ayına aiddir. pizza mizza

Petkov qeyd edib ki, ölkədən çıxarılma mart ayında başlayan uzun proses olub.

Xatırladaq ki, iyunun 28-də Bolqarıstan hakimiyyəti elan edib ki, Rusiya səfirliyinin və ölkədəki digər Rusiya xarici qurumlarının ümumilikdə 70 diplomatik və inzibati və texniki işçisi ölkəni tərk etməlidir.

Bolqarıstan prezidenti Rumen Radev öz növbəsində 70 rus diplomatının respublikada "persona non qrata" elan edilməsi ilə bağlı vəziyyəti şərh edə bilməyib, çərşənbə günü Bolqarıstan Milli Radiosu xəbər verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!