Rusiya ABŞ-ı hədələdi: “Ukraynadakı müharibəyə müdaxilə edilsə...“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ABŞ-ı hədələdi: “Ukraynadakı müharibəyə müdaxilə edilsə...“

Dünya

07 Oktyabr 2022 12:45 760


"ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik". 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır: "Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir”. pizza hut

S.Lavrov söyləyib ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına görə məsuliyyəti də öz üzərinə götürür.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!