Rusiya Baxmutu fosforlu bombalarla vurdu

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Baxmutu fosforlu bombalarla vurdu

Dünya

06 May 2023 13:41 757


Ukraynanın Donetsk vilayətinə məxsus Baxmut şəhərinin gecə saatlarında ağ işıqla işıqlanan görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, Ukrayna xüsusi əməliyyat qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, Rusiya silahlı qüvvələri Baxmutda fosfor və yandırıcı sursatlardan istifadə edir. 

“Rusiya Baxmutda fosfor və yandırıcı sursatlardan istifadə edərək şəhəri yer üzündən silməyə çalışır. Bununla belə, hərbçilərimiz və Müdafiə Qüvvələrinin digər bölmələri şəhərin müdafiəsini mərdliklə davam etdirir. Və bu şərtlər altında biz rusları məhv etməyə davam edəcəyik”, - qurumdan bildirilib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!