“Rusiya Belarusa bir milyard yarım dollar kredit verəcək”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Kreditin idxalı əvəzləmə proqramlarına ayrılması planlaşdırılır. Sezar pizza
“Bu qərar qəbul edilib və prinsipcə, sazişin bütün parametrləri razılaşdırılıb. İdxalın əvəzlənməsi və müvafiq sahələrin inkişafı ilə bağlı olacaq layihələr üçün bir milyard dollar ayırılıb”, - deyə Overçuk vurğulayıb.
Xatırladaq ki, vəsaitin ayrılması barədə avqustda Belarusun Baş naziri Roman Qolovçenko bəyan etmişdi. Onun sözlərinə görə, 23 layihə müəyyən edilib, onlardan yeddisinin bu ilin sonuna kimi 330 milyon dollar dəyərində başlanması gözlənilir.
Telegram kanalımız