Rusiya çalxalanır: İnsanlar küçələrə axışır – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rusiya çalxalanır: İnsanlar küçələrə axışır – VİDEO

Dünya

21 Sentyabr 2022 21:35 5729


Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər. Toyuqlu pizza

Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq.  Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar:

“Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür”.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!