Moskva ABŞ-ın sanksiyalarına cavab olaraq 500 amerikalının Rusiyaya girişini qadağan edib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Co Bayden administrasiyasının Vaşinqton tərəfindən Rusiyaya maksimum ziyan vurmaq, şəxsən ölkəmizin məmurlarına və sadə vətəndaşlarına təsir etmək üçün nəzərdə tutulmuş mütəmadi olaraq tətbiq edilən anti-Rusiya sanksiyalarına cavab olaraq, əks tədbir kimi Rusiya Federasiyasına giriş 500 amerikalı üçün bağlıdır”, - XİN-dən bildiriblər. Toyuqlu pizza
Departament qeyd edib ki, Moskvanın sanksiyalar siyahısına təkcə “simvolik fiqurlar, o cümlədən ABŞ-ın keçmiş prezidenti Barak Obama” deyil, həm də müxtəlif səviyyəli icra hakimiyyətinin hazırkı başçıları, keçmiş məmurlar, habelə Kiyev rejimini silahla təmin edən hərbi sənaye kompleksinin şirkət rəhbərləri daxildir.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ-ın Rusiyaya qarşı heç bir düşmən addımının sərt cavabla qarşılanmayacağını anlamasının vaxtı çatıb.
Telegram kanalımız