16 Avqust - 05:11
Rusiya ordusu Luqanskı tam ələ keçirdi

Rusiya ordusu Luqanskı tam ələ keçirdi

Dünya

03 İyul 2022 14:23 568


Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə Luqansk Xalq Respublikasının azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nəzərə çatdırılıb ki, Lisiçansk şəhəri və Beloqorovka, Novodrujesk, Maloryazantsevo, Belaya Qora daxil olmaqla, ətraf yaşayış məntəqələri nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gecə Rusiya ordusunun Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri - Lisiçanskı mühasirəyə aldığı açıqlanmışdı./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!