Rusiya və Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində səfərbərlik məntəqəsi açılacaq.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Gürcüstan istiqamətində hərəkət edən yüngül avtomobillərin axını ciddi şəkildə artır. Qeyri-qanuni davranış risklərini və münaqişəli vəziyyətlərin yaranmasının qarşısını almaq üçün vətəndaşların sərhədi piyada keçməsinə icazə verilməsi barədə qərar qəbul edilib", - deyə məlumatda vurğulanır. pizza hut
Həmçinin, vurğulanır ki, bu qərar qeyri-qanuni davranış və münaqişə vəziyyətlərinin yaranması risklərini azaltmaq üçün qəbul edilib. Əvvəllər bu məkanda sərhədi yalnız təkərli nəqliyyat vasitələri ilə keçmək mümkün idi:
“Bundan başqa, yaxın vaxtlarda keçid məntəqəsində hərbi komissarlığın səfərbərlik məntəqəsi yaradılacaq”.
Bazar ertəsi Şimali Osetiya baş nazirinin müavini İrbek Tomaev bildirib ki, Gürcüstana getmək üçün növbəyə təxminən 3,5 min avtomobil və 1,3 min yük maşını yığılıb.
Telegram kanalımız