Rusiya Ukraynada fəhlə avtobusunu vurdu -   Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada fəhlə avtobusunu vurdu - Ölənlər var

Dünya

01 Fevral 2026 20:04 522


Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində 15 nəfər həlak olub, daha yeddi nəfər yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat paylaşıb.

"Düşmən Pavloqrad rayonunda müəssisələrdən birinə məxsus xidməti avtobusun yaxınlığında PUA ilə zərbə endirib. İlkin məlumata görə, 12 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Detalları dəqiqləşdiririk", – deyə rəsmi yazıb. Toyuqlu pizza

Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub. Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!