Rusiya və İran mühüm müqavilə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və İran mühüm müqavilə imzaladı

Dünya

17 May 2023 13:24 790


İran və Rusiya Cənubi Asiyanı Şimali Avropa ilə birləşdirən Şimal-Cənub dəmir yolu keçidini tamamlamaq üçün Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıb.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi tədbirə videokonfrans vasitəsilə qatılıblar.

"Şübhəsiz ki, bu müqavilə İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq istiqamətində mühüm strateji addımdır. Bu dəmir yolu xətti regionun bütün ölkələri üçün faydalı olacaq", - deyə İbrahim Rəisi vurğulayıb. Marqarita pizza

Vladimir Putin layihənin 20 illik tarixə malik olduğunu qeyd edib. O bildirib ki, Rəşt-Astara dəmir yolu qlobal nəqliyyatda transformasiya üçün fürsətdir.

Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, bu marşrutun yaradılması ilə Xəzər hövzəsi və Fars körfəzi ölkələri arasında ərzaq və digər məhsulların mübadiləsi aparıla bilər.

V. Putin layihələri sonradan hazırlanacaq başqa marşrutların da olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!