Rusiya XİN yenə sərsəmlədi: “Dağlıq Qarabağ”da təhlükəsizliyi...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN yenə sərsəmlədi: “Dağlıq Qarabağ”da təhlükəsizliyi...

Dünya

29 Avqust 2022 14:57 1123


“Biz rəsmi İrəvana müdafiə qabiliyyətinin və sərhəd təhlükəsizliyinin gücləndirilməsində və qonşuları ilə münasibətlərin normallaşdırılmasında əsas müttəfiq mövqeyindən kömək etməyə qərarlıyıq”.

Yenisabah.az “Armenpress” istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə verdiyi mesajda bildirilib.

“Əminik ki, regionda sabitliyə aparan yol 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr tarixli üçtərəfli sazişlərə ciddi əməl etməkdən keçir. Rusiya sülhməramlı kontingenti “Dağlıq Qarabağ”da təhlükəsizliyin təmin edilməsində əsas amil olmaqda davam edir. Pepperoni pizza

Biz qardaş Ermənistanla dostluğumuzu səmimiyyətlə qiymətləndiririk və ölkələrimizin və xalqlarımızın firavanlığı naminə Rusiya-Ermənistan müttəfiqliyini daha da möhkəmləndirmək əzmindəyik”, - deyə ismarıcda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!