Rusiyada 10 uşaq doğan qadınlara 1 milyon veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada 10 uşaq doğan qadınlara 1 milyon veriləcək

Dünya

19 Avqust 2022 16:19 1292


Rusiyada “Qəhrəman ana” mükafatı çərçivəsində 10 uşaq dünyaya gətirən qadına 1 milyon rubl pul mükafatı veriləcək.

Yenisabah.az xəbər verir ki, Rusiyada doğum səviyyəsi yenidən azalmağa başlayıb. Rusiya prezidenti Vladimir Putin illər sonra ilk dəfə sovet lideri İosif Stalin tərəfindən təqdim edilən və qadınları daha çox uşaq sahibi olmağa təşviq etmək üçün nəzərdə tutulan “Qəhrəman Ana” mükafatını yenidən təqdim edəcəklərini açıqlayıb.

Müraciətə əsasən, 10 uşağı olan anaya 10-cu övladı 1 yaşı tamam olduqdan sonra 1 milyon rubl (təxminən 30 min manat) pul mükafatı veriləcək. pizza hut

Analar övladını müharibədə və ya fövqəladə hadisə nəticəsində itirsələr belə, pul mükafatını ala biləcəklər.

Sovet dövründə Stalin əhalinin sayını artırmaq üçün 1944-cü ildə bu qanunu gündəmə gətirdi və 400 min qadına pul mükafatı verildi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!