Rusiya Federasiyasının Baş Qərargahı hərbi çağırışçı yaşında olan vətəndaşlara "elektron çağırış vərəqələri"nin kütləvi şəkildə göndərilməsi planlarının olmadığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin nümayəndəsi Andrey Biryukov bildirib.
Hərbi qeydiyyatın vahid elektron reyestri, ilk növbədə, vətəndaşların hərbi komissarlarla qarşılıqlı əlaqəsini sadələşdirmək üçün yaradılıb. pizza sifarişi
Biryukovun sözlərinə görə, yaz çağırış kampaniyası planlaşdırıldığı kimi davam edir və iyulun 15-də başa çatacaq.
Telegram kanalımız