Səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - Video

Dünya

26 Sentyabr 2022 10:27 3934


Rusiyanın İrkutsk vilayətindəki Ust-İlimsk şəhərinin hərbi komissarlığında qanlı olay yaşanıb.

Yenisabah.az xəbər verir ki, səfərbərlik əsasında ordu sıralarına çağırılmış Ruslan Zinin komissarlıq binasında çağırışçıların qarşısında çıxış edərək təlimat verən hərbi komissar, polkovnik Aleksandr Yeliseyevə lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb.

Sosial şəbəkədə bunu əks etdirən video görüntülər yayılıb. Pepperoni pizza

A.Yeliseyev aldığı güllə yarasından yerə yıxılanda R. Zinin qaçmağa başlayıb və qəfil dayanarqa komissara ikinci dəfə atəş açıb.

İlkin məlumatlara görə, ağır yaralanmış A.Yeliseyev hospitala aparılıb. O, ölüm ayağındadır.

R.Zinin yaxalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!