Rusiyada itkin düşən nazir 3 gün sonra tapıldı
10 May 2021 16:59
1218

Rusiyada itkin düşən nazir 3 gün sonra tapıldı

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.

Yenisabah.az xəbər verir ki, bu məlumatı Omsk hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, o, normal vəziyyətdədir və xəstəxanada yoxlamalardan keçir.

Qeyd edək ki, Muraxovski 7 mayda ova getmiş və yoxa çıxmışdı.

Muraxovski Omskun səhiyyə naziri təyin edilməzdən öncə Navalnının müalicə edildiyi xəstəxananın baş həkimi kimi çalışıb. (axar.az)

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər