Rusiyada koronavirusa qarşı dərman hazırlandı
02 İyn 2020 01:50
252

Rusiyada koronavirusa qarşı dərman hazırlandı

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və "XimPar" şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan "Avifavir" preparatı Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.

Yenisabah.az xəbər verir ki, "Preparatın ticarət markası "Avifavir" adlanır. Yeni preparatın Beynəlxalq qaydalar üzrə kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə "Favipiravir" kimi qeydiyyatdan keçib", - dərman vasitələrinin dövlət reyestrində bildirilir.

Yeni dərman koronavirusun çoxalmasına mane olur.

Qeyd edək ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Favipiravir" preparatının RF-də satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi. Hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.   /Azərtac

Oxşar xəbərlər