Rusiyada LGBT ilə bağlı hər cür təbliğatı qadağan edən qanun layihəsi parlamentin aşağı palatası olan Dövlət Dumasına təqdim edilib.
Yenisabah.az xəbər verir ki, 6 millət vəkilinin təklif etdiyi qanun layihəsinə görə, ölkədə LGBT-nin hər cür təbliğatı, ailə dəyərlərinin inkarı və qeyri-ənənəvi seksual münasibətlərin təbliği qadağan ediləcək.
Qanun layihəsi həmçinin müharibə təbliğatını, milli, irqi və dini nifrət və düşmənçiliyin qızışdırılmasını qadağan edəcək. Sezar pizza
Qanun layihəsi plenar iclasa getməzdən əvvəl Dumanın İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsində müzakirə olunacaq.
Telegram kanalımız