Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşlara nəzarəti gücləndirməyə yönəlmiş bir sıra qanunvericilik düzəlişlərinin qüvvəyə mindiyini elan edib.
"Yeni Sabah" xəbər verir ki, iyunun 10-dan etibarən məcburi tibbi müayinələrdən yayınan xarici vətəndaşlar üçün inzibati cəzalar tətbiq edilib.
Bundan əlavə, iyunun 21-dən etibarən başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırılması və dövriyyəsinə görə cinayət məsuliyyətinin artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib. Dominos pizza
Spiker Volodin xarici vətəndaşlar üçün dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırıldığını bildirib. Rusiya vətəndaşlığının alınması üçün rüsum on iki dəfə, 4200-dən 50 min rubla qədər artacaq. Müvəqqəti yaşayış icazəsinin alınmasının dəyəri səkkiz dəfə - 1920-rubldan 15 min rubla qədər, daimi yaşayış hüququ verilməsinin dəyəri isə beş dəfə - 6 min rubldan 30 min rubla çatacaq.
Telegram kanalımız