Rusiyadan Böyük Britaniyaya nota

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Böyük Britaniyaya nota

Dünya

18 Sentyabr 2026 15:39 104


Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Yeni Sabah” xəbər verir ki, diplomatik görüş zamanı Londonun Kiyevə PUA və digər müasir silah təchizatını artırmasına görə qarşı tərəfə sərt protest təqdim edilib.

Rusiya XİN-dən bildirilib ki, Böyük Britaniyanın Ukraynadakı istənilən hərbi obyekti Rusiya torpaqlarına hücum üçün istifadə edildiyi təqdirdə, ordunun qanuni hədəfinə çevriləcək. pizza mizza

Kreml tərəfi vurğulayıb ki, eskalasiyanın dərinləşməsi və proseslərin arzuolunmaz istiqamətdə inkişaf etməsinə görə bütün məsuliyyət birbaşa Böyük Britaniya rəhbərliyinin üzərinə düşür.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!