Rusiyalı deputat: İrəvanın təklifi çıxış yolu deyil

Rusiyalı deputat: İrəvanın təklifi çıxış yolu deyil

Rəsmi Veb saytların hazırlanması

02 Noyabr 2023 17:10 1769


Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın “Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yayına bilmək üçün saziş təklif edib” fikrini tənqid edib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Slutski Arşakyanın bu fikrini “düşdüyü pis vəziyyətdə özünü itirməməyə cəhd” kimi qiymətləndirib.

Komitə sədri qeyd edib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə Rusiyaya qarşı tamamilə qeyri-dost addım atıb.

Onun fikrincə, “Ermənistan-Azərbaycan münaqişəsi zonasında mümkün hərbi cinayətləri araşdırmaq üçün Roma Statutunun imkanlarından istifadə ediləcəyi ilə bağlı səsləndirilən arqumentlər doğru deyil”.

Slutskinin sözlərinə görə, BCM Rusiya üçün hüquqi əhəmiyyət kəsb etməyən, ölkəsinə qarşı siyasiləşmiş qərarlar qəbul edən qərəzli Qərbyönümlü strukturdur.

“Rusiya tərəfi də öz təkliflərini irəli sürüb, lakin onların İrəvan tərəfindən nəzərə alınıb-alınmaması barədə heç bir məlumat yoxdur. Buna görə də hazırkı şəraitdə Ermənistanın təşəbbüsü ilə sazişin bağlanması çətin ki, problemin həlli üçün çıxış yolu olsun”, - deyə Slutski vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!