Rusiyalı jurnalist Mariya Ponomarenko 6 il müddətinə azadlıqdan məhrum edilib.
Yenisabah.az RBC-ya istinadla xəbər verir ki, o, Silahlı Qüvvələr haqqında saxta məlumatlar yaymaqda təqsirli bilinib.
M. Ponomarenko Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi və Rusiya Federasiyasının dövlət orqanlarının öz səlahiyyətlərini həyata keçirməsi haqqında qəsdən yalan məlumatın açıq şəkildə yayılması) ilə ittiham olunub. Toyuqlu pizza
Məhkəmədə jurnalist özünü təqsirli bilməyib.
2022-ci ilin martında Ponomarenko öz "Telegram" kanalında Rusiya hərbçilərinin Mariupol Dram Teatrına hava hücumu təşkil etdiyi barədə məlumat yerləşdirib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçilər teatra zərbə endirməyib.
Telegram kanalımız