Rusiyalı jurnalistə Vətənə xəyanət ittihamı - 22 il həbs

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı jurnalistə Vətənə xəyanət ittihamı - 22 il həbs

Dünya

05 Sentyabr 2022 17:53 929


Moskva Şəhər Məhkəməsi jurnalist İvan Safronovu dövlətə xəyanətdə ittiham edərək 22 il sərt rejimli koloniyaya məhkum edib.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, hökm bu gün elan edilib. Safronov, həmçinin 500 min rubl cərimə olunub.

Vəkili Daniil Nikiforovun sözlərinə görə, hökmdən bu bazar ertəsi apellyasiya şikayəti verilə bilər. Dominos pizza

Safronovun işinin materialları məxfi olduğundan və onun barəsində məhkəmə qapalı keçirildiyindən məhkəmə hökmün yalnız giriş və qərar hissələrini elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!