Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırdır.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Rusiyalı diplomat qeyd edib: "Əvvəlki kimi, Bakı və İrəvana nəqliyyat və iqtisadi əlaqələrin açılmasında, humanitar məsələlərin həllində və sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasının hazırlanmasında və təmin edilməsində kömək etməyə hazırıq". Dördpendirli pizza Dominos pizza
M.Qaluzin vurğulayıb ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə edilən üçtərəfli razılaşmalara uyğun olaraq münasibətlərin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş Azərbaycan və Ermənistanın səylərini ardıcıl olaraq dəstəkləyir:
"Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı, yəni Cənubi Qafqaz ölkələrini və onların tarixi qonşularını birləşdirən "3+3" regional əməkdaşlıq platformasında əhəmiyyətli potensial görürük".
O aydınlıq gətirib ki, bu mexanizm regionun problemlərinin region ölkələrinin özləri və qonşuları tərəfindən dağıdıcı xarici müdaxilə olmadan həll edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub".
Telegram kanalımız