Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, gün ərzində "Tağıyev. Neft" bədii və "Cənnət yuxusu" bədii-sənədli filmlərinin nümayişi, Xalq şairi Səməd Vurğunun ədəbi-bədii irsinə həsr olunmuş məruzə və bir neçə sərginin təqdimatı nəzərdə tutulub.
Axşam saatlarında isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konserti təqdim olunacaq. Pepperoni pizza
Mədəniyyət günləri 3 gün davam edəcək və Türkmənistanın Aşqabaq və Arkadağ şəhərlərində müxtəlif tədbir, nümayiş və konsertlərlə keçiriləcək.
Telegram kanalımız