Bakıya giriş-çıxışda dəyişiklik: Çökmüş körpü söküldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıya giriş-çıxışda dəyişiklik: Çökmüş körpü söküldü

Sosial

04 İyun 2026 10:13 554


M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.  

“Yeni Sabah” xəbər verir ki, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.

Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!