Göyçayda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Məhkəmənin qərarı ilə hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Toyuqlu pizza
Telegram kanalımız