Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sosial

04 İyun 2026 23:20 255


Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

İyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək 8-ci km Ticarət Mərkəzində, ətraf ərazilərində və Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. pizza

Həmçinin Lənkəran Elektrik Şəbəkəsi (EŞ) ərazisində bəzi 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq fasilə saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran, Şıxakəran, Xolmili kəndləri, saat 14:00-dan 16:00-dək Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən, Şilim kəndlərini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!