Azərbaycan-Ukrayna finalından öncə Tottinin iştirakı ilə yoldaşlıq matçı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Ukrayna finalından öncə Tottinin iştirakı ilə yoldaşlıq matçı keçirildi

İdman

04 İyun 2026 22:12 144


Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl İtaliya millisinin sabiq üzvü Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı təşkil edilib.

"Yeni Sabah" xəbər verir ki, F.Tottinin komandası Adam Berginin kollektivi ilə üz-üzə gəlib.

"Tipos Arena"da keçirilən qarşılaşma italiyalı keçmiş hücumçunun komandasının qələbəsi ilə yekunlaşıb - 8:7. Toyuqlu pizza

Daha əvvəl Azərbaycanda legioner həyatı yaşamış gürcüstanlı sabiq futbolçu Nuqzar Kvirtiya və Türkiyənin "Fənərbağça" klubunun keçmiş oyunçusu Miroslav Stox da görüşdə iştirak edib.

Qeyd edək ki, Avropa çempionatının finalında Azərbaycan və Ukrayna milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!