Rusiyanın qaz kəmərində güclü partlayış   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın qaz kəmərində güclü partlayış - VİDEO

Dünya

20 Dekabr 2022 17:25 756


Rusiyanın Çuvaşiya Respublikasının Urenqoy-Pomarı-Ujqorod magistral qaz kəmərində güclü partlayış olub.

Yenisabah.az xəbər verir ki, partlayış Çuvaşiyada Kalinino və Yambaxtino kəndləri arasında yerləşən ərazidə baş verib.

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.  pizza hut

Partlayış nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Urenqoy-Pomarı-Ujqorod qaz kəməri 1980-ci illərin əvvəlində inşa edilib. Bu kəmər vasitəsilə Qərbi Sibirdən Avropaya qaz nəql edilir. Kəmər Kursk vilayətində Rusiya-Ukrayna sərhədini keçir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!