“Rusiyanın “referendumlarını” tanımırıq” - İran XİN

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın “referendumlarını” tanımırıq” - İran XİN

Dünya

05 Oktyabr 2022 00:53 1005


“İran Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçirilən “referendumlarını” tanımır”.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bəyan edib.

“İslam Respublikası həmişə olduğu kimi, öz prinsipial mövqelərinə uyğun olaraq, beynəlxalq hüququn əsas norması kimi bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin, həmçinin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmətlə yanaşılmasının zəruriliyini vurğulayır”, - deyə Kənani bildirib. pizza hut

O əlavə edib ki, Tehran sülhün, sabitliyin və əmin-amanlığın gedişatını poza biləcək bütün təxribatçı fəaliyyətlərə qarşıdır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!