Rusiyanın son hücumlarının PƏRDƏARXASI:  Nüvə müharibəsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın son hücumlarının PƏRDƏARXASI: Nüvə müharibəsi başlayır

Dünya

10 Oktyabr 2022 14:07 1624


Bu gün səhər saatlarından başlayaraq, Ukraynanın müxtəlif şəhərləri Rusiya təərfindən bombalanıb. Uzun aylardan sonra ilk dəfədir ki, paytaxt Kiyev yenidən ruslar tərəfindən atəşə tutulub. Şənbə günü isə Krım körpüsündə baş verən partlayışa görə, Rusiya Ukrayna tərəfini ittiham edib. Gündəm olan mövzu ilə bağlı bir sıra suallar da irəli sürülüb:

Ukrayna Rusiyaya adekvat cavab verməlidirmi?

Məsələ ilə bağlı hüquqşünas-politoloq Xəyal Bəşirov Yenisabah.az-a açıqlamasında deyib ki, istənilən dövlətin, o cümlədən, Ukraynanın ərazilərində təhdid yaranarsa, habelə ərazilərinə qanunsuz olaraq hücum edilərsə, həmin dövlətin suveren hüququdur ki, öz ərazi bütövlüyünü təmin etsin və bütün müdafiə tədbirlərini həyata keçirsin: Marqarita pizza

“24 fevral tarixindən başlayan Rusiya-Ukrayna müharibəsində Ukrayna qarşı tərəfə lazım olan adekvat cavab tədbirlərini verib. Hətta bəzi məqamlarda Ukrayna Rusiyaya qarşı bir sıra üstünlüklər də əldə edib.”

Onun sözlərinə görə Ukrayna dövlətinin tam şəkildə haqqı var ki, öz ərazilərini digər dövlətin işğal siyasətindən qorusun:

“Bu müharibə təkcə Rusiya-Ukrayna arasında məhdudlaşmır, eləcə də Şərq-Qərb qütbü arasında olan bir qarşıdurmadır. O cümlədən bu məsələdə Rusiyanı tam şəkildə zəiflətmək istəyən qüvvələr var. Rusiya da bu dövlətlərin maraqlarına uyğun şəkildə addım atır. Zənnimcə, bu addımlar Rusiyanın Ukraynaya nüvə silahını tətbiq etməsi ilə nəticələnə bilər. Hesab edirəm ki, bu prosesdə marağı olan bir sıra qüvvələr özünü göstərməkdədir”.

Onun sözlərinə görə, nüvə silahının tətbiq edilməsi artıq yeni bir mərhələnin başlanğıcı olacaq:

“Krım körpüsünün partladılması Ukrayna tərəfindən həyata keçirilməsə də, Rusiya tərəfindən qeyd olundu ki, bu, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən hazırlanan bir partlayış idi. Artıq bir sıra qüvvələr qış fəsli öncəsi yeni bir mərhələnin başlanmasını istəyirlər. Ona görə də hesab edirəm ki, Rusiyanın Ukraynaya nüvə silahından istifadə ehtimalı olduqca güclüdür”, - deyə o yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!