Ruslar Azərbaycan pomidorundan imtina edir - Səbəb
06 Apr 2020 12:38
2619

Ruslar Azərbaycan pomidorundan imtina edir - Səbəb

Rusiya Meyvə-Tərəvəz İstehsalçıları Birliyi Azərbaycan, Türkiyə, Çin və Mərakeşdən bu ölkəyə pomodor idxalına iki aylıq qadağa qoyulmasını tələb edir.

Yenisabah.az xəbər verir ki, sözügedən qurum bu tələblə Rusiya Kənd Təsərrüfatı Nazirliyinə məktub göndərib.

Rusiyada meyvə-tərəvəz istehsalıyla məşğul olan adamlar iddia edirlər ki, koronavirus infeksiyasının yayılmasından sonra ölkədə satış xeyli zəifləyib. Onların fikrincə, Azərbaycan, Türkiyə, Çin və Mərakeşdən ucuz qiymətə məhsul idxalı Rusiyada meyvə-tərəvəz istehsalçılarının müflis olmasına gətirib çıxaracaq.

 

 

Oxşar xəbərlər