Ruslar yenə dinc sakinləri hədəf aldı:   8 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Ruslar yenə dinc sakinləri hədəf aldı: 8 nəfər yaralandı

Dünya

29 Avqust 2022 15:47 877


Ukraynanın Zaporojye vilayətinin Enerqodar meri Dmitri Orlov bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı yaşayış məntəqələri bombalanıb, ilkin məlumatlara görə, 10 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, Orlov Telegram hesabından verilən açıqlamada, "Enerqodar şəhərinin 3, 4 və 5-ci məhəllələri hücuma məruz qalıb. İlk təsbitlərə görə 10 nəfər yaralanıb. Evlərin şüşələri sındırılıb. Park edilmiş avtomobillərdə yanğın baş verib" yazıb.

Bələdiyyə Başçısı Orlovun paylaşdığı videoda yanğının baş verdiyi yerdə park edilmiş avtomobillərə söndürmə qruplarının müdaxilə etdiyi görülüb. Sezar pizza

Rus işğalçılarının Enerqodar şəhərindəki Zaporojye Atom Elektrik Stansiyası ətrafında həyata keçirilən hücumlara görə Ukraynanın məsuliyyət daşıması üçün Enerqodar əhalisindən imza toplamağa çalışdıqlarını əsas gətirən Orlov deyib: “Rus işğalçıları Rusiyaya Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri və guya Ukrayna Silahlı Qüvvələri tərəfindən dezinformasiya məktubu hazırlayıblar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!