Rusların sevdiyi lüks avtomobillər – Siyahı

Rusların sevdiyi lüks avtomobillər – Siyahı
Avq 11, 2019 16:46
Oxunma sayı: 161

“Avtostat” analitik agentliyinin ekspertləri Rusiyada populyar olan ən lüks avtomobillərin siyahısını açıqlayıblar.

Siyahının ilk pilləsində “Mersedes-Benz Maybach S-Сlass” dayanıb. Son 6 ayda ruslar 252 belə avtomobil alıblar ki, bu da ölkədə satılan lüks avtomobillərin 38 faizini təşkil edib. Bu markanın qiyməti 9.5 milyon rubldan çoxdur.

Sonrakı yerləri “Bentley Continental GT” (93) və “Bentayga” (78) avtomobilləri tutub.

Siyahıda “Maserati Levante”, “Lamborghini Urus”, “Rolls-Royce Cullinan”, “Ferrari Portofino” kimi markalar da yer alıb.

Axar.az

Yenisabah.az