“Rüşvət vermək nə gözəl şeymiş...” 
15 May 2020 11:55
861

“Rüşvət vermək nə gözəl şeymiş...” 

“Ömrümdə bir dəfə rüşvət vermişəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu publisist, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu  Xeyrəddin Qoca deyib. O, bildirib ki, yayda, 38 dərəcə istidə sağlamlıq haqqında arayış almaq üçün poliklinikaya gedib:

“Ürəyim də ağrıyır. Ayaq üstə durmağa taqətim qalmamışdı. 7-8 həkimdən necə keçim? İstədim baş həkimdən xahiş edim, tez versinlər, o da hələ gəlməmişdi. 

Dedilər baş həkimi neynirsən, get 10 nömrəli otağa, arayışını al. Getdim, içəri girən kimi cavan bir qız soruşdu: "Arayış lazımdır?" Dedim, bəli. Qız qorxu-hürküsüz dilləndi: "20 manat!" Sevindim! 50 manat da istəsə, verəcəkdim... 

Pulu verən kimi, möhürlü arayışı verdi mənə. Öz-özümə fikirləşdim ki, ömrüm boyu adi işlər üçün o qədər qapılarda qalmışam ki! Rüşvət vermək nə "gözəl" şeymiş... İşim bir dəqiqədə düzəldi!

Bu təəssüratla evə gəlib, bir kiçik satira yazdım. Axırını belə bitirdim: "Rüşvət vermək nə gözəl işdir! Pulunuz varsa, vaxtında rüşvət verin, işinizi düzəldin. Mənim kimi aylarla, illərlə qapılarda gözləməyin".

Yazdığımı da kitabımda çap etdirdim”.

 

Oxşar xəbərlər