Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili dərman və yeməkdən imtina edir və səhhəti pisləşdiyi üçün yerləşdirildiyi Tbilisidəki "Vivamed" klinikasının palatasında amerikalı mütəxəssisləri gözləyir.
Yenisabah.az “Novosti-Georgia”ya xəbər verir ki, Saakaşvili amerikalı hüquqşünas, gürcü həkimlər, o cümlədən amerikalı nevroloq Dr.Lahan və Nobel mükafatı laureatı doktor Ceyms Kobbla görüşmək niyyətindədir.
Hüquqşünasların sözlərinə görə, onlar Səhiyyə Nazirliyinə daha bir əcnəbi mütəxəssisin, qastroenteroloqun lisenziyasının təsdiqlənməsi üçün sorğu təqdim ediblər. Pepperoni pizza
Vəkillər qeyd ediblər ki, Saakaşvilinin vəziyyəti dünənlə müqayisədə bir qədər yaxşılaşsa da, ağır olaraq qalır. Bir gün əvvəl səhhətinə görə eks-prezidentin kameraya çevrilmiş xəstəxana otağında keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Vəkil Şalva Xaçapuridze bildirib ki, Saakaşvili mütəxəssislər tərəfindən müayinə olunana qədər dərman qəbul etməkdən imtina edib. O, yemək də qəbul etmir, çünki ağrı hiss edir.
İndi Saakaşvilinin çəkisi 86 kq-dır. Vəkil bildirib ki, Vivamed-ə girəndən sonra o, 20 kiloqram arıqlayıb.
Telegram kanalımız