Gürcüstan parlamentinin hazırkı və keçmiş deputatları Gürcüstan prezidenti Salome Zurabişvilini ölkənin keçmiş başçısı Mixeil Saakaşvilini əfv etməyə çağırıb.
Yenisabah.az “Novosti Georgia”ya istinadla xəbər verir ki, Salome Zurabişviliyə 65 deputat müraciət edib, sənəd onun idarəsinə təhvil verilib.
“Biz gürcü parlamentarilər icması prezidentin belə öldürülməsinə icazə verə bilmərik, heç bir aralıq mövqe ola bilməz. “Susmaq öldürür, susmaq cinayətdir”, – deyə bəyanatda qeyd olunub Dominos pizza
Xatırladaq ki, bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili başda olmaqla 140-dan çox keçmiş yüksək vəzifəli məmur Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi ilə bağlı hakimiyyətə ünvanlanmış petisiyanı imzalamışdı.
Telegram kanalımız